“Arsenal”ın gözü “Ayaks”da
13.02.2023 - 17:24
“Arsenal” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Edson Alvaresin xidmətində maraqlıdır.
25 yaşlı meksikalı hazırda “Ayaks”ın şərəfini qoruyur. “Arsenal” onun transferi üçün yayda Niderland klubuna müraciət edəcək.
2019-cu ildən Amsterdam təmsilçisində çıxış edən Alvaresin müqaviləsi 2025-ci ildə başa çatacaq. Onun transfer qiyməti 35 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Edson cari mövsümün 27 matçında 1 qol vurub.
- Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
- Ukraynalı atlet dopinq səbəbilə yarışlardan uzaqlaşdırılıb
- “Ayaks” qara zolaqdan çıxa bilmir
- Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
0
0