“Arsenal”ın qolkiperi Bundesliqa klubunda - RƏSMİ
23.08.2025 - 14:37

"Arsenal" qolkiperi Karl Heyni icarəyə verib.
Apasport.az xəbər verir ki, 23 yaşlı qapıçı "Verder"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Estoniya millisinin üzvü bir illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib.
0
0