“Arsenal” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, ingilis klubu İspaniya “Real Sosyedad”ının iki futbolçusuna elçi düşüb.
“Topçular”ın skautları 24 yaşlı yarımmüdafiəçi Martin Subimendi və 26 yaşlı müdafiəçi Robin Le Normanı yaxından izləyir. London klubunda baş məşqçi Mikel Arteta rəhbərlikdən hər iki futbolçunun keçidini həll etməyi istəyib.
Klub təmsilçiləri yaxın həftələrdə qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, klubları ilə müqavilələri davam edən fransız müdafiəçinin sərbəst qalma məbləği 50 milyon avro, bask yarımmüdafiəçinin isə 60 milyon avrodur.
- “Azərreyl” və “Murov Az Terminal” yarımfinala yüksəldi
- İtaliyalı prezident: "Rusları Bakıya buraxmaqla təsnifatı korlamış olacağıq"
- De Byazi Qaradan danışdı: “Özünü yaxşı aparmalısan”
- Qurban Qurbanov: “Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır”
- FİFA-dan qərar: 2,25 milyard dollarlıq rekord investisiya