"Aston Villa" dünya çempionu ilə yollarını ayıracaq
17.05.2025 - 12:38

Emiliano Martinez yayda "Aston Villa"dan ayrılacaq.
Apasport.az xəbər verir ki, argentinalı qapıçı Premyer Liqanın 37-ci turunun "Tottenhem"lə ev oyunundan (2:0) sonra azarkeşlərlə vidalaşıb.
Martinezə Səudiyyə Ərəbistanından təkliflər var. Lakin 32 yaşlı qolkiper Asiyaya yollanmağı düşünmür. Dünya çempionu Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, "Aston Villa" Emiliano Martinezi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib.
0
0