“Atalanta”nın hücumçusu “Qalatasaray”ın radarında
03.11.2025 - 20:27
“Atalanta”nın hücumçusu “Qalatasaray”ın radarında

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Qalatasaray” nigeriyalı futbolçunun transferində maraqlıdır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, “sarı-qırmızılılar” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyi halda Lukmanın keçidi üçün hərəkətə keçəcək.

İtaliya təmsilçisi 28 yaşlı forvard üçün 20 milyon avro təzminat tələb edir. Futbolçunun özü isə illik 8 milyon avro maaş istəyir.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm “Atalanta”nın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.