"Atletik"in hücumçusuna Premyer Liqadan üç elçi
25.10.2023 - 18:15
“Atletik”in futbolçusu Nikolas Uilyams karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal", "Tottenhem" və "Liverpul" hücumçunu heyətində görmək istəyir.
21 yaşlı gənc futbolçu "Bavariya" və "Yuventus"un da maraq dairəsindədir. Ancaq Bilbao klubunun rəhbərliyi ispaniyalının komandada qalacağına inanır. Onlar müqaviləsi mövsümün sonunda başa çatacaq Nikolasa yeni anlaşma təklif etməyə hazırlaşırlar.
Qeyd edək ki, bu mövsüm 7 matçda “Atletik”in formasını geyinən Uilyams qol vurmasa da, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qurban Qurbanov: “Demişəm ki, elə edək ki, əks zərbə almayaq"
- Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
- Semir Bukviç: "Jelezniçar” üçün “Neftçi” ilə qarşılaşma çox çətin olacaq" - MÜSAHİBƏ
- TFF prezidenti Super Kubok finalı üçün Azərbaycanı düşünmür
- Asiyat Abuyeva "Murov Az Terminal"da
0
0