"Atletiko Madrid" mövsümün sonunda Tiaqo Almadanı satmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı vinger üçün gələn təklifləri dəyərləndirəcək.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Almada ilə iki klub yaxından maraqlanır. Bunlar "Yuventus"la "Qalatasaray"dır. İspaniya klubu 24 yaşlı oyunçuya 25 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Atletiko" Tiaqo Almadanı mövsümün əvvəlində "Botafoqo"dan 21 milyon avroya transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Təbriz Həsənov: "Azərbaycan Kubokunun sahibi elə "Qarabağ" olacaq" - Müsahibə
- "Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
- Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
- Krakov-2023: Cüdo yığmamızdan VİDA - YENİLƏNİB
- “Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda