“Atletiko” Koke ilə bağlı qərar verib
10.09.2024 - 13:13
![“Atletiko” Koke ilə bağlı qərar verib](https://ww3.apasport.az/storage/news/2024/september/10/big/66e00caa48d0466e00caa48d05172595933866e00caa48d0266e00caa48d03.jpg)
“Atletiko” yarımmüdafiəçi Kokenin gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəhbəri Enrike Serezo danışıb:
“Klub Koke ilə yeni müqavilə bağlayacaq. Bu futbolçu bizim əfsanəmizdir, bir-birimizə ehtiyacımız var”.
Koke 2011-ci ildən Madrid komandasında çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.
İspaniyalı futbolçu bu mövsüm 4 oyun keçirib və 1 qol vurub.
0
0