“Atletiko” Qrimaldo ilə razılaşdı - Leverkuzenlə danışıqlar başlayır
19.06.2026 - 20:55
“Atletiko” Qrimaldo ilə razılaşdı - Leverkuzenlə danışıqlar başlayır

La Liqa təmsilçilərindən “Atletiko” Alexandro Qrimaldonun transferi üçün danışıqları davam etdirir.

Apasport.az xəbər verir ki, Madrid klubu ispaniyalı müdafiəçi ilə prinsipial razılıq əldə edib.

Matteo Morettonun məlumatına görə, “Atletiko” bundan sonrakı mərhələdə “Bayer Leverkuzen”lə transfer məbləği ilə bağlı danışıqlara başlayacaq.

Qrimaldonun “Bayer Leverkuzen”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Qrimaldo 2025/26 mövsümündə “Bayer Leverkuzen”in heyətində Bundesliqada 29 oyunda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.