
Endryu Robertsonun “Atletiko”ya keçidinin baş tutmaması halında Madrid təmsilçisi "Aston Villa"da çıxış edən Luka Dinye üçün hərəkətə keçəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu şotlandiyalı futbolçunu əsas prioritet hesab etməsinə baxmayaraq, keçidin baş tutmaması halında diqqəti fransalı oyunçuya yönəldəcək.
İddialara görə, Lukanın özü də bu transferə müsbət yanaşır.
Xatırladaq ki, 31 yaşlı müdafiəçi "Aston Villa"y 2022-ci ildə "Everton"dan 20 milyon avroya transfer edilmişdi.
Fransa millisinin üzvü bu mövsüm çıxış etdiyi 45 rəsmi matçda 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə hazırki müqaviləsi 2026-ci ildə başa çatacaq.