“Atletiko”nun hədəfində 20 milyonluq yarımmüdafiəçi
02.05.2023 - 20:08
![“Atletiko”nun hədəfində 20 milyonluq yarımmüdafiəçi](https://ww3.apasport.az/storage/news/2023/may/02/big/64511141bfd9f64511141bfda0168303443364511141bfd9d64511141bfd9e.jpg)
“Atletiko” yay transfer pəncərəsində yeni yarımmüdafiəçi almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Lovro Mayeri heyətinə qatmağı planlaşdırır.
Fransa “Renn”ində çıxış edən 25 yaşlı xorvatiyalın 37 matçda 2 qol vurub. Onun keçidinin 20 milyon avroya gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2021-ci ilin avqustundan Liqa1 təmsilçisində çıxış edən Mayerin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
0
0