Avropa çempionu karyerasını başa vurub
11.12.2025 - 14:22
Portuqaliya milli komandasının keçmiş qolkiperi Rui Patrisio karyerası ilə bağlı yekun qərar qəbul edib.
Apasport.az xəbər verir ki, Portuqaliya yığmasının heyətində 2016-cı ildə Avropa çempionu olmuş Patrisio aktiv futbolçu karyerasını başa vurub.
37 yaşlı veteran futbolçu özü bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Rui “Sportinq”, “Vulverhempton”, “Roma”, “Atalanta”, “Əl Əyn” klublarının qapısını qoruyub.
- "Şahmat klubu" verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
- Ronaldo: “Fiqunun həyat yoldaşı kimi bir xanımım olsaydı, evdən çölə çıxmazdım”
- İlin 2-ci "Böyük Dəbilqə" yarışında hansı cüdoçularımız güləşəcək?
- Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb
- Rəşad Sadıqov: "Avrokuboklara vəsiqə qazanmasaq..."
0
0