Avropa çempionu zədələnib
16.09.2024 - 16:47
"Barselona"nın futbolçusu Dani Olmo zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, futbolçu zədə səbəbindən 4-5 həftə meydanlardan uzaq qalacaq.
"Barselona"nın "Jirona"nı 4:1 məğlub etdiyi matçda zədələnən Olmo sağ diz nahiyəsindən zədələnib.
Dani Olmo bu mövsüm 3 matçda "Barselona" formasını geyinib. 26 yaşlı futbolçu bu görüşlərdə 3 qol vurub.
- “Barselona”nın futbolçusu 4 həftəlik sıradan çıxdı
- "Qarabağ" - "Kopenhagen" matçına 27 mindən çox bilet satılıb
- “Qarabağ”, sindromu qır – hər şey öz əlindədir
- "Neftçi"nin legioneri media nümayəndələri ilə görüşəcək
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
0
0