![Avropa Liqası: "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" bir-birinə rəqib olacaq?](https://ww3.apasport.az/storage/news/2025/january/24/big/6793726bd63436793726bd634417377163316793726bd63386793726bd6342.jpg)
Avropa Liqasının yeni formatında Türkiyə komandalarının növbəti mərhələ şansı son matçlara qalıb.
Apasport.az xəbər verir ki, hazırda 9-cu pillədə qərarlaşan "cimbom" "Ayaks"ı məğlub edərsə, birbaşa son 16 komanda arasında yer alacaq. Əks halda pley-offda mübarizə aparacaq.
Gələn həftə keçiriləcək matçlardan sonra "Qalatasaray" pley-off mərhələsində "Fənərbaxça" və ya "Beşiktaş"la oynaya bilər.
İlk 24 komanda arasına düşmək üçün mübarizə aparan “Fənərbaxça” və ya “Beşiktaş” sonuncu həftədə pley-off şansını saxlasa, "sarı-qırmızılılar"la rəqib ola bilər.
Qeyd edək ki, Avropa Liqasında son 16 turuna yüksələcək komandaları müəyyənləşdirəcək pley-off mərhələsinin oyunları fevralın 13 və 20-də keçiriləcək.