Avstraliya millisi baş məşqçisi ilə vidalaşdı
20.09.2024 - 16:29
Qrem Arnold Avstraliya milli futbol komandasının baş məşqçisi postundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Arnold 2018-ci ilin iyulundan milliyə rəhbərlik edirdi və komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarmağa müvəffəq olmuşdu. Lakin 1/8 finalda Avstraliya Argentinaya məğlub olaraq turniri tərk etmişdi.
Bildirək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsində son iki oyunda Bəhreynə məğlub olub (0:1) və İndoneziya ilə heç-heçə edib (0:0).
- Rodriqo qışda komandadan gedə bilər – İngiltərə klubları yarışda
- Makronun istəyi: “Platini federasiya prezidenti olsun”
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
- “Real Madrid” Kurtuanın əvəzləyicisini "Milan"da tapdı
- Rafiq Hüseynov 1/8 finalda məğlub oldu
0
0