“Ayaks”ın sabiq baş məşqçisi istefa verdi
08.11.2023 - 22:19
![“Ayaks”ın sabiq baş məşqçisi istefa verdi](https://ww3.apasport.az/storage/news/2023/november/08/big/654b7e4e8ede9654b7e4e8edea1699446350654b7e4e8ede7654b7e4e8ede8.jpg)
“Ayaks”ın sabiq baş məşqçisi Alfred Şroyder “Əl-Əyn” klubunu tərk edib.
Apasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri klubu mütəxəssislə yollarını ayırmağa qərar verib.
“Əl-Əyn” çempionatın turnir cədvəlində 3-cü pilləsində qərarlaşıb. Lakin bu nəticə rəhbərliyi qane etmədiyindən mütəxəssis istefaya göndərilib.
Qeyd edək ki, “Tvente”, “Hoffenhaym” kimi klubların baş məşqçisi olmuş niderlandlı mütəxəssis “Barselona”da köməkçi kimi çalışıb.
0
0