Azarkeş millinin baş məşqçisinə hücum etdi
15.01.2024 - 14:24
Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə oyunda (1:2) məğlubiyyətdən sonra Qananın məşqçisinə hücum edilib.
Apasport.az "Instant Foot"a istinadla xəbər verir ki, baş məşqçi Kris Hughton oteldə azarkeş tərəfindən fiziki hücuma məruz qalıb.
Mənbəyə görə, baş məşqçi vəziyyəti sakitləşdirən qanalı diplomatlar tərəfindən xilas edilib.
Hücum edən şəxs Kot D-İvuar polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Hughton ötən il Qana millisinə rəhbərlik edib. Əvvəllər Kris Premyer Liqada "Nyukasl" və "Brayton" kimi komandaları çalışdırıb.
- “Qarabağ” Bəhlulu saxlamaqda israrlıdır
- Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
- I Liqa: 3 turun oyun cədvəli bəlli olub
- “Qarabağ”ın rəqibi toplanışa 33 futbolçu ilə yollandı - SİYAHI
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
0
0