Azarkeşləri döyən baş məşqçi futboldan uzaqlaşdırıldı - FOTO
31.12.2024 - 09:30

PAOK Yunanıstan Kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə AEK-ə (1:0) məğlub olduqdan sonra komandanın baş məşqçisi Razvan Luçesku rəqib azarkeşlərlə dava edib.
Apasport.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyası Razvan Luçesku və komandasını cəzalandırıb.
Belə ki, baş məşqçi və davaya qarışan köməkçiləri 4 ay müddətinə futboldan uzaqlaşdırılıb və 15 min avro cərimələnib. AEK isə 10 min avro ziyana düşüb.
Qeyd edək ki, qərardan məmnun olmayan PAOK apellyasiyaya müraciət edəcək.
Luçeskunun fanatı yumruqlayaraq arxasınca qaçdığı anlar kameralara düşüb.
- Rizvan Umarov: “Azərbaycan mənə yol açdı, "Qarabağ" təklif göndərdi” - MÜSAHİBƏ
- “Kəpəz”in kapitanı: “Bundan sonra nəsə demək gecdir” - MÜSAHİBƏ
- Vüsal İsgəndərli: "Albaniyanı da, Qazaxıstanı da məğlub edə bilərik" - Müsahibə
- İngiltərə Kubokunda bütün 1/8 finalçılar bilindi
- ASA ilə AFFA arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
0
0