Balde 1,5 ay oynaya bilməyəcək
29.05.2023 - 14:56
"Barselona"nın müdafiəçisi Alexandro Baldenin durumuna aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, İspaniya La Liqasının XXXVII turunun “Malyorka” ilə matçında zədələnən futbolçu 1,5 ay meydana çıxa bilməyəcək.
Görüşün 17-ci dəqiqəsində zədə səbəbindən oyunu tərk etməli olan 19 yaşlı oyunçu 6-7 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Həkimlərin müayinəsindən sonra ispaniyalının sağ topuğunun yan kollateral bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, İspaniya millisinin üzvü son mövsümdə 43 matçda 1 dəfə fərqlənib.
- Musleradan “Qalatasaray”a pis xəbər
- Ronaldo cəzalandı - azyaşlının telefonunu qırdığı üçün
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
- Qurban Qurbanov: “Bu gün təkcə oyun yox, “Qarabağ”a layiq insanlar gördük”
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
0
0