Balotelli İtaliya klubuna keçə bilər
05.09.2024 - 15:34
![Balotelli İtaliya klubuna keçə bilər](https://ww3.apasport.az/storage/news/2024/september/05/big/66d99577477df66d99577477e0172553560766d99577477dd66d99577477de.png)
İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Palermo” 34 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Balotelli B Seriyası klubu ilə danışıqlar aparır.
Marionun son klubu Türkiyədə “Adana Demirspor” olub. O, 16 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
0
0