Balotelli Türkiyə klubundan getmək istəyir
30.08.2022 - 00:29
![Balotelli Türkiyə klubundan getmək istəyir](https://ww3.apasport.az/storage/news/2022/august/29/big/630c5f387adea630c5f387adeb1661755192630c5f387ade8630c5f387ade9.jpg)
Mario Balotelli gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, italiyalı hücumçu “Adana Dəmirspor”dan ayrılmaq niyyətindədir.
Forvard yenidən İtaliya A seriyasından oynamağı xəyal edir. Bu üzdən də Mario “Syon”dan təklif alsa da, İsveçrə variantını qəbul etməyə tələsmir.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2021-ci ildən Super Liqa təmsilçisində forma geyinir.
0
0