"Barsa" ilə oyundan öncə "Real"da ciddi itki
24.04.2025 - 13:56

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa "Barselona" ilə oyundan əvvəl zədələnib.
Apasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçiyə körpü əzələsinin qopması diaqnozu qoyulub.
22 yaşlı futbolçu bu səbəbdən ölkə kubokunun finalında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, tərəflər arasındakı qarşılaşma 27 aprel saat 00:00-da start götürəcək.
0
0