“Barsa”dan “Braqa”ya
26.07.2025 - 11:56
“Barselona”nın hücumçusu Pau Viktor karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı ispaniyalı forvard “Braqa” klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Portuqaliya klubu bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Pau Viktor yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ispaniyalı hücumçu ötən mövsüm kataloniyalıların heyətində çıxış etdiyi 29 oyunda 2 qola imza atıb.
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- Türkiyə A Liqasında, Portuqaliya və İspaniya yarımfinalda - YENİLƏNİB
- “Neftçi” - “Turan Tovuz” oyununda yanlış hakim qərarları - VİDEO
- Gimnastlarımızdan 4 qızıl, 1 gümüş və 2 bürünc
- "Karvan-Yevlax" iki futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
0
0