![“Barsa”nı çox gözləməyəcək](https://ww3.apasport.az/storage/news/2022/july/08/big/62c82068568d162c82068568d2165728266462c82068568cf62c82068568d0.jpg)
“Sevilya”nın müdafiəçisi Jül Kunde “Barselona”dan təklif gözləyir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bununla bağlı Əndəlüs klubunun rəhbərliyi ilə də söhbət edib.
O, karyerasını Kataloniya klubunda davam etdirməkdə maraqlıdır. Lakin La Liqa təmsilçisinin maddi durumunun qeyri-müəyyən olması Fransa millisinin üzvünün fikrini dəyişə bilər. Kunde “Barsa”nı çox gözləmək fikrində deyil. Əgər “Çelsi” onlardan cəld tərpənərək danışıq aparsa, 23 yaşlı arxa xətt oyunçusu İngiltərəyə köçməyə razılıq verəcək.
Qeyd edək ki, Jül Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.
- "Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
- Boksçumuz erməni rəqibini məğlub etdi
- Uşaqlıq sevgisi, ingilis “radarı”, zədələrin qisası - ULDUZLAR
- "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib
- Qurban Qurbanov: "Bizim fikrimiz daha çox Çempionlar Liqasındadır"