"Barselona" 3 yarımmüdafiəçisi ilə bağlı qərar verib
15.04.2024 - 14:08
La Liqa təmsilçisi "Barselona" Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunu üçün 3 yarımmüdafiəçisi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, "Barselona"nın məşqçilər korpusu parislilərlə matçda yarımmüdafiə xəttini gücləndirəcək. Kataloniya klubunun yarımmüdafiə xəttində İlkay Gündoğan, Frenkie de Yonq və Pedri kimi oyunçular yer alacaq.
Xatırladaq ki, Parisdə keçirilən ilk oyunda "Barselona" minimal hesablı (3:2) qələbə qazanmışdı.
Qeyd edək ki, "Barselona” və PSJ cütünün cavab matçı sabah keçiriləcək.
- “Qarabağ” Avropa rekordunun bir addımlığında
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- “Kəpəz”dən vacib qələbə, "Araz"dan növbəti məğlubiyyət - YENİLƏNİR
- Azərbaycan – İordaniya matçında türkiyəli hakimlər
- Millinin Monteneqrodakı toplanışında 20 oyunçu iştirak edəcək
0
0