Markus Reşford “Mançester Yunayted”ə qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
2025/2026 mövsümünü icarə əsasında “Barselona”da keçirən 28 yaşlı hücumçu Kataloniya klubunda qalmayacaq. İspaniya təmsilçisi ingiltərəli futbolçunun transfer hüquqlarını almaqdan imtina edib.
Reşfordun “Mançester Yunayted”dəki gələcəyi isə hələ də qeyri-müəyyəndir. Klub futbolçunun yüksək maaşına görə onunla yollarını ayırmağa üstünlük verir. Lakin mankunianlar hələlik uyğun təklif almayıblar.
Qeyd edək ki, Reşford “Mançester Yunayted”də son oyununu 2024-cü ilin dekabrında Avropa Liqasında “Viktoriya Plzen”ə qarşı keçirib.