“Barselona” cərimələndi - SƏBƏB
20.09.2023 - 11:18
![“Barselona” cərimələndi - SƏBƏB](https://ww3.apasport.az/storage/news/2023/september/20/big/650a947b090de650a947b090df1695192187650a947b090dc650a947b090dd.png)
Barselonanın Şəhər Şurası eyniadlı komandasını cərimələyib.
Apasport.az saytı xəbər verir ki, komanda iki dəfə "Nou Kamp" stadionunun tikinti qrafikində qaydaları pozduğundan 600 avro cərimə ödəyəcək.
Bildirilib ki, işin gedişində icazəsiz 2 fəaliyyət aşkar olunub. Məhz bu səbəbdən də “Barselona” hər yanlışlığa görə 300 avro ziyana düşüb.
Qeyd edək ki, 1957-ci ildə istifadəyə verilən "Nou Kamp" arenası 99354 tamaşaçı tutumuna malikdir. Hazırda komanda ev oyunlarını “Estadio Olimpiko”da keçirir.
0
0