"Barselona" Dani Olmo transferini açıqlayıb
09.08.2024 - 17:27
!["Barselona" Dani Olmo transferini açıqlayıb](https://ww3.apasport.az/storage/news/2024/august/09/big/66b6194c421b166b6194c421b2172321006066b6194c421af66b6194c421b0.jpg)
La Liqa klublarından "Barselona" Bundesliqada mübarizə aparan "Leypziq"də forma geyinən Dani Olmo transferini açıqlayıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, katalonlar 26 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Dani Olmonun azad agent məbləği 500 milyon avro olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, ispan futbolçu ötən mövsüm "Leypziq" forması ilə 21 liqa matçına çıxıb, 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0