"Barselona" Fliklə müqaviləni yenilədi - RƏSMİ
18.05.2026 - 17:26
"Barselona" Fliklə müqaviləni yenilədi - RƏSMİ

"Barselona" baş məşqçisi Hans-Diter Fliklə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Flik 2024-cü ildən "Barselona"nın uğurları üçün çalışır.