“Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
07.10.2024 - 15:19
![“Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər](https://ww3.apasport.az/storage/news/2024/october/07/big/6703c3f3309d86703c3f3309d917283000196703c3f3309d66703c3f3309d7.jpg)
“Nitsa”nın polşalı qapıçısı Marçin Bulka karyerasını İspaniyanın top-klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Barselona” 25 yaşlı qolkiperin xidmətində maraqlıdır. Kataloniya klubu Bulkanı bir müddət əvvəl zədələnən almaniyalı qolkiper Mark-Andre ter Ştegenə əvəzləyici hesab edir.
Bulkanın “Nitsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun transfer dəyəri 20 milyon avrodur. Futbolçu cari Liqa 1 mövsümündə 7 oyun keçirib, 7 qol buraxıb.
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- Nazim Sadıqovun UFC-də növbəti rəqibi müəyyənləşib
- Rahil oynadı, komandası növbəti tura yüksəldi
- Qurban Qurbanovdan rekord üçün növbəti cəhd və ya 4 fərqli final variantı
- "Barselona" PSJ ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
0
0