Kataloniya "Barselona"sı komandasının müdafiə xəttini gücləndirməyi düşünür.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Bayer Leverkusen”'in oyunçusu Alexandro Qrimaldo “Barselona”nın maraq dairəsinə düşüb.
"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Qrimaldo 2023-cü ilin yayından “Bayer”də çıxış edir. Onun müqaviləsi 2026/2027 mövsümünün sonuna kimidir. Müdafiəçi Bundesliqa mövsümündə 26 oyun keçirib, 9 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi "Barselona"nın akademiyasının məzunudur.
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
- Parisdə növbəti qalmaqal: Təşkilatçılar bayraqları səhv salıblar
- “Real”ın üzvü “Siti”nin hədəfində
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”