Portuqaliya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva hələ də "Barselona"nın maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, bu barədə Sport.es saytı məlumat yayıb.
"Blauqrana" rəhbərliyi futbolçunu yayda almağa cəhdi edə bilər.
Daha əvvəl isə Bernardın karyerasını həmyerliləri Joao Kanselo və Joao Feliksin çıxış etdiyi “mavi qranat” düşərgəsində davam etdirmək istədiyi məlum olub.
Xatırladaq ki, Silva 2017-ci ilin yayından "şəhərlilər"in şərəfini qoruyur. Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayında başa çatacaq. Yarımmüdafiəçinin transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
- Paris-2024: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır - Günün proqramı
- Portuqaliyadan Azərbaycana - “Karvan”dan növbəti transfer
- Lopeteqi Afrikada işləyə bilər
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- Ronaldo Premyer Liqa klubuna lazım deyil