“Barselona” müdafiəçisi ilə müqaviləni uzatdı: Xüsusi bənd əlavə olundu
01.07.2026 - 13:24
“Barselona” futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi daha iki mövsüm “Barselona”nın formasını geyinəcək. Yeni müqaviləyə əsasən, tərəflərin hər biri 2027-ci ilin yayında sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.
Qeyd edək ki, danimarkalı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. Kristensen indiyədək komandanın heyətində 98 matçda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Əfran İsmayılov: “İnanıram ki, Almaniyadan ən az 1 xalla dönəcəyik” - MÜSAHİBƏ
- Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib
- “Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- “Lənkəran” heyətini yeni oyunçu ilə gücləndirib
0
0