“Barselona” "Nou Kamp"da oynamayacaq - SƏBƏB
01.04.2023 - 11:32

“Barselona”nın növbəti mövsüm ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi "Nou Kamp"da tikinti işləri ilə əlaqədar Olimpiya Stadionunda meydana çıxacaq.
Komanda rəhbərliyi artıq bu barədə İspaniya Futbol Federasiyasına məlumat verib. Dəyişikliklə bağlı UEFA-nın da məlumatlandırılması planlaşdırılır.
Qeyd edək ki, İspaniya klubunun 2024-cü ilin noyabrına qədər Olimpiya Stadionunda oynayacağı gözlənilir. Sözügedən stadion 55 926 tamaşaçı tutumuna malikdir.
- “Səbail”dən böyükhesablı qələbə - YENİLƏNİB
- "Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi
- “Mançester Yunayted”də şok ayrılıq: Yayda klubu tərk edəcək
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinə yekun vurulub
- Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə
0
0