“Barselona” Torresə əvəzləyici tapdı
31.10.2022 - 00:46
“Bayer”in yarımmüdafiəçisi Mussa Diabi karyerasını daha böyük klubda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Barselona” fransalı futbolçunun xidmətində maraqlıdır.
23 yaşlı vinger daha çox oyun vaxtı əldə etmək üçün “Barsa”nı tərk etmək istəyən Ferran Torresi əvəz etməyə əsas namizəddir. Yaxın müddətdə tərəflər arasında danışıqların aparılması gözlənilir.
Qeyd edək ki, Mussa Diabi bu mövsüm “Bayer”in heyətində bütün turnirlərdə 18 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun almanlarla müqaviləsi 2025-ci ilin yayına kimidir.
- "Zirə" nigeriyalı futbolçu ilə müqavilə bağladı
- Branimir Subaşiç: "Azərbaycan formasıyla oyuna çıxanda bütün ürəyimlə oynayırdım” - Müsahibə
- Millimiz Avropa çempionatında mübarizə aparacaq
- Xabi Alonso "Liverpul"a keçidi ilə bağlı iddiaları cavablandırdı
- Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
0
0