"Barselona" və "Real"ın "qənimi" olan komanda
05.12.2024 - 15:38
!["Barselona" və "Real"ın "qənimi" olan komanda](https://ww3.apasport.az/storage/news/2024/december/05/big/6751910dc4d066751910dc4d0717333987976751910dc4cfc6751910dc4d05.jpg)
La Liqa təmsilçilərindən "Atletik Bilbao" cari təqvim ilində unikal nailiyyət əldə edib.
Apasport.az xəbər verir ki, Ernesto Valverdenin komandası La Liqa matçında evdə "Real Madrid"ə qalib gəlib - 2:1.
Bundan əvvəl "Atletik" hələ yanvarda "Copa del Rey" matçında (4:2) "Barselona"nı məğlub edib.
Beləliklə, komanda 2024-cü ildə həm Madrid, həm də Barselona təmsilçisini məğlub etməyi bacaran yeganə komanda olub.
“Qırmızı-ağlar” 16 turdan sonra 29 xalla İspaniya çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
0
0