“Barselona” Xaviyə yeni müqavilə təklif edəcək
21.02.2023 - 11:55
“Barselona” baş məşqçisi Xavini saxlamaqda qərarlıdır.
Apasport.az saytı xəbər verir ki, klub 43 yaşlı mütəxəssisə mövsümün sonunda yeni müqavilə təklif edəcək.
Kataloniya təmsilçisi Xavi ilə 2024-cü ilin yayında başa çatacaq razılaşmanı uzun müddətə artırmaq niyyətindədir.
Qeyd edək ki, 2021-ci ildə “Barselona”nın “sükanı arxasına” keçən məşqçi İspaniya Superkubokunu qazanıb. Hazırda isə La Liqada 59 xalla turnir cədvəlinə başçılıq edir. Onun komandası ən yaxın rəqibi “Real”ı 8 xal qabaqlayır.
- Azər Salahlı: “Bu dəfə final oyunu kimi düşündük”
- Rəşad Sadıqov: "Bu matçda oyunu çevirmək böyük ürək tələb edir"
- Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyun proqramı açıqlanıb
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- Sərxan Hacıyev: “Qarabağ”ın ilkə imza atması üçün idman xoşbəxtliyi çatmadı”
0
0