“Barselona” yayda Olmonu transfer edəcək
11.10.2023 - 22:46
“Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo “Barselona”ya keçməyə çox yaxındır.
Apasportaz-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.
Transferin 2024-cü ilin yayında reallaşması gözlənilir. Keçidin dəyəri 60 milyon avrodur. 25 yaşlı futbolçu “Barselona” akademiyasının yetirməsidir. O, 2014-cü ildə Zaqreb “Dinamo”sundan komandanın gənclər heyətinə cəlb olunub.
Qeyd edək ki, Olmo 2020-ci ildən “Leyptsiq”də çıxış edir.
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
- Rusiya Ukrayna millisinin sabiq futbolçusunu axtarışa verib
- İrfan Can naməğlub gedişatın sirrini açıqladı
- “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
- Azərbaycanda bir kəllənin qiyməti - 3200 manat
0
0