"Barselona"da ciddi itki
05.03.2024 - 13:32
!["Barselona"da ciddi itki](https://ww3.apasport.az/storage/news/2024/march/05/big/65e6e3679d95f65e6e3679d960170963031165e6e3679d95d65e6e3679d95e.jpg)
"Barselona"nın yarımmüdafiəçisi Pedri İspaniya çempionatının 27-ci turunda "Atletik Bilbao" ilə oyunda (0:0) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə bir daha oynamamaq riski ilə üzləşib.
Xatırladaq ki, bu mövsüm Pedri Kataloniya komandasının heyətində 24 matçda iştirak edib. Yarımmüdafiəçi 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
İspan futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
0
0