"Barselona"da ciddi itki
21.01.2025 - 17:19
"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu La Liqanın 20-ci turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb. Danielin ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Beləliklə, Olmo Çempionlar Liqasında bu gün "Benfika"ya qarşı keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, cari mövsümdə Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.
- Premyer Liqanın ən çox və ən az pul xərcləyənləri
- “Qarabağ” - “Zirə”: 28-ci duel – RƏQƏMLƏR NƏ DEYİR?
- Millimizin qapıçısı: “Bu vəziyyətlə bir neçə matçda üzləşmişik”
- Fransa millisinin baş məşqçisi hakimlərdən narazıdır
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
0
0