“Barselona”ya qarşı transfer qadağası davam edə bilər.
Apasport.az saytı xəbər verir ki, bunu İspaniya La Liqasının rəhbəri Xavyer Tebas deyib.
60 yaşlı futbol funksioneri Kataloniya klubunun yayda yeni futbolçular ala bilməyəcəyini bildirib.
Tebas "Barselona"nın qışda da transfer istəyinə mane olduqlarını, bu qadağanın yayda da davam etmək ehtimalından danışıb: “Barselona”nın prezidenti Xuan Laporta bizdən inciməsin. Onların yay transfer pəncərəsində yeni futbolçu ilə güclənməsi mümkün olmaya bilər. Komandada çox şeyin dəyişməsi lazımdır”.
Qeyd edək ki, bir müddətdir maliyyə problemləri yaşayan “Barselona” La Liqada 23 oyundan topladığı 59 xalla ilk sırada yer alır. Xavinin komandası ən yaxın rəqibi “Real”ı 7 xal qabaqlayır.
- Cənubi Koreya millisinin baş məşqçisi: BUNU ÇOX NARAHATEDİCİ HESAB EDİRƏM
- “Fənərbaxça”nın prezidenti və futbolçuları İntizam Komitəsinə göndərilib
- Vaqif Cavadov: “Bakıdakı nəticəyə aldanmaq olmaz”
- TFF-dən Montellaya dəstək - “Biz yola çıxdıqlarımızı...”
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ