"Barselona"dan gözlənilməz məğlubiyyət
16.12.2024 - 11:15
"Barselona" La Liqanın 17-ci turunda "Leqanes"i qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə "Leqanes"in xeyrinə başa çatıb.
Matçın yeganə qolunu 4-cü dəqiqədə "Leqanes"in futbolçusu Serxio Qonzales vurub.
Bu nəticə ilə 18 matçda 38 xalla qalan Kataloniya klubu liqada daha az matç keçirən Madrid komandaları qarşısında üstünlüyünü itirib.
1 oyun az keçirən “Atletiko Madrid” 38 xalla ikinci pillədə qərarlaşıb. "Real Madrid" isə 37 xalla 3-cü sırada möhkəmlənib.
Qeyd edək ki, "Barselona" La Liqanın 18-ci həftəsində Atletiko Madrid"i qəbul edəcək.
- İslam Oyunları: Təmsilçilərimiz bu gün 4 növdə mübarizə aparacaqlar
- Sənan Qurbanov: “Ad “Neftçi”dirsə, prioritet üç xaldır”
- Stanislav Çerçesov: “Budapeştdə hər şey yenidən başlayacaq”
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Rəşid Məmmədəliyevdən gümüş medal
0
0