“Barselona”dan Premyer Liqaya
08.03.2025 - 10:51

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" oyunçusunu satmağın əleyhinə deyil. La Liqa klubu 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 80 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir.
- Daha bir klub Türkiyə Kubokundan imtina etdi - Rəsmi
- Filip Ozobiç: “Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək”
- "Arsenal" "Vulverhempton"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted"lə yarışacaq
- PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib
- Yüksək Liqa: “Murov Az Terminal”dan səfərdə inamlı qələbə
0
0