“Barselona”nın gözü azad agentlərdə
24.04.2023 - 20:18
“Barselona” yay transfer pəncərəsində azad agent statuslu futbolçuları heyətinə qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun hədəfində iki belə oyunçu var.
La Liqa təmsilçisi “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta və “Kristal Pelas”ın hücumçusu Uilfred Zaanın xidmətində maraqlıdır. Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.
28 yaşlı qvineyalı cari mövsüm “Liverpul”da 13 oyun keçirib. 30 yaşlı forvard isə 25 matçda 6 qol vurub.
Qeyd edək ki, Keytanın transfer qiyməti 18, Zaanınkı 25 milyon avro ilə dəyərləndirilir.
- Bəhlul Mustafazadə: "Futbolda bir epizod səni qəhrəman da edər, biabır da" - Müsahibə
- Messi turun ən yaxşısı seçilib
- Bakı Şəhər Halqası tələbələr üçün endirimli biletlər təklif edir
- "Neftçi" meydançaya kənar şəxslər daxil olduğuna görə ziyana düşüb
- Sevgilisindən Ronaldoya bayram hədiyyəsi - “Rolls Roys”
0
0