“Barselona”nın Gündoğan planı
03.10.2022 - 16:07

İlkay Gündoğan karyerasını “Barselona”da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin futbolçusu mövsümün sonunda azad agent statusu alacaq.
İspaniya klubu 31 yaşlı yarımmüdafiəçini transfer haqqı ödəmədən heyətinə qatmağı planlaşdırır. İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola da İlkayın komandada qalmasını istəyir. Onunla danışıqlar DÇ-2022-dən sonra başlayacaq.
Qeyd edək ki, Gündoğan “Mançester Siti”yə 2016-cı ildə Dortmund “Borussiya”sından keçib.
- Konfrans Liqası: "Trabzonspor" və "Başakşehir" səfərdə heç-heçə edib
- FİA-dan Cənubi Afrika Qran-Prisinə imtina
- “Biz rəqibə uyğun yox, öz istəyimizə uyğun futbol oynamalıyıq” - Adil Şükürov
- Türkan Nəsirova və Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
- Amit Quluzadə üsyan etdi: "Allah cəzasız qoymaz" - VİDEO
0
0