“Barselona”nın hücumçusu addım-addım PSJ-yə
14.08.2026 - 11:08
“Barselona”nın hücumçusu addım-addım PSJ-yə

“Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə transfer olmağa yaxındır.

Apasport.az xəbər verir ki, ispaniyalı forvard Paris təmsilçisinə keçid öncəsi tibbi müayinədən keçmək üçün Fransaya yollanmağa Kataloniya klubundan icazə alıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, PSJ futbolçu üçün “Barselona”ya təxminən 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildən Kataloniya klubunun formasını geyinir. O, bu komanda ilə üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, həmçinin bir dəfə ölkə kubokunu qazanıb.