“Barselona”nın yetirməsi “Real”dan imtina etdi
04.07.2022 - 22:46
“Real” PSV-nin yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlı olub.
Apasport.az saytının məlumatına görə, “kral klubu” bu yay 19 yaşlı orta sahə oyunçusunu İspaniyaya qaytarmağa cəhd edib.
Lakin “Barselona”nın yetirməsi olan Simons bundan imtina edib. Niderlandın U-19 yığmasının üzvü madridlilərdə müntəzəm oynayacağına əmin olmadığı üçün keçidə razılıq verməyib.
Qeyd edək ki, Xavi Simons bu yay PSJ-dən ayrılaraq azad agent kimi keçdiyi PSV ilə 5 illik müqavilə imzalayıb.
- Bakıda güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir
- Növbəti həftənin oyun cədvəli bəlli oldu
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Azərbaycan çempionatında ikinci günün görüşləri başa çatıb
- Qurban Qurbanov: "Hakimin rəqibə simpatiyası hiss olunurdu"
0
0