"Bavariya" 19 yaşlı futbolçu transfer edib
21.01.2025 - 16:55
Bundesliqa nəhənglərindən "Bavariya" komandaya yeni oyunçu cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovu heyətinə qatıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilin iyununa qədər sözləşmə imzalanıb. Ancaq futbolçu mövsümün sonuna qədər "Hoffenhaym"da çıxış edəcək.
Qeyd edək ki, Tom Bişov "Hoffenhaym"da bu mövsüm 24 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.
- Zamiq Əliyev Albaniya kubokunun yarımfinalında
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Yüksək Liqada VI turun oyunları keçiriləcək
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- "Milan"la matçda "Latsio"nun 3 futbolçusu meydandan qovulub
0
0