“Bavariya” koreyalı müdafiəçi alır
15.06.2023 - 16:18
“Bavariya”nın heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu Kim Min Çjenin xidmətində maraqlıdır.
Münhenlilər cənubi koreyalının transferi üçün “Napoli” ilə danışıqlar aparır. “Bavariya” futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini də ödəməyə hazırdır. Bu bənd yalnız xarici klublar üçün keçərlidir. Həmin rəqəm açıqlanmasa da, bunun 50-70 milyon avro aralığında olduğu gözlənilir.
Qeyd edək ki, Kim ötən mövsüm “Napoli”nin heyətində İtaliya çempionu olub.
- Yeniyetmələr arasında dünya çempionatının rəsmi açılışı olub
- Fransa İngiltərəni məğlub edib, yarımfinala çıxdı - YENİLƏNİB
- Rəşad Sadıqov: "Üçüncü qol oyunun sonu idi"
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- “Qarabağ” Mərdəkandan 3 xalla qayıdır - YENİLƏNİB
0
0