“Bavariya” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürür
28.08.2023 - 20:04
“Mançester Yunayted”in futbolçusu Skott Maktominay karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Bavariya”nın maraq dairəsindədir.
Münhen təmsilçisi Skottu icarəyə götürməyi planlaşdırır. Onun keçidini baş məşqçi Tomas Tuxel istəyir.
“Bavariya” 26 yaşlı futbolçunun əvəzinə Rayan Qravenberxi mançesterlilərə verməyə razıdır. O da icarə əsasında İngiltərə klubuna qoşulacaq.
Qeyd edək ki, Maktominay cari mövsümdə 2 oyun keçirib.
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Sanço Haqa qarşı: “Günah keçisi seçilməyim ədalətli deyil”
- I Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub
- Bədavi Hüseynov: “Qızıl dubl” etmək istəyirik" - Müsahibə
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
0
0